“Qarabağ” üçün daha bir potensial rəqib
21.05.2015 - 08:11
“Qarabağ” üçün daha bir potensial rəqib

Futbol üzrə Slovakiya çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qızı medalların taleyinə finişə 2 tur qalmış aydınlıq gəlib.

 

“Slovan”la ev oyununda 1:2 hesabı ilə məğlub olan “Jilina” 1-ci olmağa nəzəri şanslarını da itirib. Bununla da izləyicisindən 1 gün əvvəl “Dukla”nı 1:0 hesabı ilə məğlub edən “Trençin” çempion titulunu qazanıb.

 

71 xalı olan komanda “Jilina”dan 8 xal uzaqlaşıb. Nəticədə “Trençin” tarixində ilk dəfə qızıl medallara sahib çıxıb.

 

Qeyd edək ki, “Trençin” Çempionlar Liqasına da vəsiqə qazanıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Slovakiya təmsilçisi Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən olub.