“Parlaq olmasa da, vacib qələbə qazandıq. Qrupda artıq 6 xala sahibik və bu, bizi sevindirir”. Apasport.az xəbər verir ki, bunu “İnter”in müdafiəçisi Marko Andreolli deyib.
Avroliqanın qrup mərhələsinin ikinci turunda “Qarabağ”ı məğlub edən İtaliya klubunun futbolçusu qarşılaşma haqqında danışıb. Andreolli bildirib ki, qrupda ən şanslı komanda məhz “İnter”dir: “Bu qələbə qrupda I yeri tutmağa ən layiqli komanda olduğumuzu göstərdi. Növbəti turlarda daha yaxşı oynamalıyıq. İnanıram ki, bunu bacaracağıq. “Qarabağ” üzərindəki qələbə motivasiyamızı yüksəltdi və qarşıdakı matçlara daha yaxşı hazırlaşacağıq. İndi qarşımızda duran əsas hədəf A seriyasının növbətin turunda “Fiorentina”ya qalib gəlməkdir”.
Qeyd edək ki, “İnter” “Qarabağ”a 2:0 hesabı ilə qalib gəlib.