“Qəbələ”dən Bəxtiyar Soltanovu heyətinə cəlb edən “Kəpəz” daha iki futbolçunun keçidinə çox yaxındı. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Şəhriyar Əliyev və “Qəbələ”nin hücumçusu Tellur Mütəllimov çox güman ki, karyerasını Gəncə klubunda davam etdirəcək.
Premyer Liqanın debütantı bununla bağlı artıq hər iki futbolçunun və onların klublarının razılığını alıb. Son anda qeyri-adi bir şey baş verməsə, həm Şəhriyar, həm də Tellur qarşıdakı mövsümü icarə əsasında “Kəpəz”də keçirəcək.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Şəhrəyar xəbəri təsdiqləyib: “Bəli, belə bir danışıq olub. Düzdü, hələ yekun qərar verilməyib. Amma çox güman ki, “Kəpəz”ə bir illik icarəyə veriləcəm. Baş məşqçi Qurban Qurbanovla da görüşdükdən sonra yekun qərarımı verəcəm”.