“Qarabağ” 25 futbolçu sifariş verdi
10.08.2015 - 15:18
Son ölkə çempionu “Qarabağ” Topaz Premyer Liqasında 2015/16 mövsümünə bu gün “Qəbələ”yə qarşı keçiriləcək oyunla başlayacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən Ağdam klubu mövsümün startında daxili birincilikdə xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.
“Qarabağ” həmin futbolçuların adlarını artıq Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Baş məşqçi Qurban Qurbanovun əlində 25 oyunçu olacaq. Onlardan 2-si qapıçı, 8-i müdafiəçi, 13-ü yarımmüdafiəçi, 2-si isə hücumçudu.
“Qarabağ”ın iştirak ərizəsi belədi:
| N | Oyunçu | Vətəndaşlığı | Mövqeyi | Təvəllüdü |
| 13 | Sehiç İbrahim | Bosniya və Herseqovina | qapıçı | 1988-09-02 |
| 1 | Vəliyev Fərhad Muxtar | Azərbaycan | qapıçı | 1980-11-01 |
| 97 | Mədətov Mahir Anar | Azərbaycan | müdafiəçi | 1997-07-01 |
| 32 | Yuniszadə Elvin Qərib | Azərbaycan | müdafiəçi | 1992-08-22 |
| 4 | Yaqublu Eltun Şofiq | Azərbaycan | müdafiəçi | 1991-08-19 |
| 55 | Hüseynov Bədavi Ruslan | Azərbaycan | müdafiəçi | 1991-07-11 |
| 18 | Qurbanov İlqar Bəhram | Azərbaycan | müdafiəçi | 1986-04-25 |
| 25 | Aqolli Ansi | Albaniya | müdafiəçi | 1982-10-11 |
| 14 | Sadıqov Rəşad Fərhad | Azərbaycan | müdafiəçi | 1982-06-16 |
| 5 | Medvedev Maksim Boris | Azərbaycan | müdafiəçi | 1989-09-29 |
| 67 | Əl Jadeyui Əlhərbi | Mərakeş | yarımmüdafiəçi | 1986-08-08 |
| 22 | İsmayılov Əfran Amit | Azərbaycan | yarımmüdafiəçi | 1988-08-10 |
| 91 | Diniyev Coşqun Şahin | Azərbaycan | yarımmüdafiəçi | 1995-09-13 |
| 6 | Mustafayev Vüqar Gündüz | Azərbaycan | yarımmüdafiəçi | 1994-08-05 |
| 11 | Məmmədov Elvin Nəsrəddin | Azərbaycan | yarımmüdafiəçi | 1988-07-18 |
| 10 | Quintana Soso Daniel | İspaniya | yarımmüdafiəçi | 1987-03-08 |
| 19 | Salahlı Azər Vəlhəd | Azərbaycan | yarımmüdafiəçi | 1994-04-11 |
| 70 | da Silva Marinaldo Çiçero | Braziliya | yarımmüdafiəçi | 1986-09-21 |
| 77 | Tağıyev Cavid Qabil | Azərbaycan | yarımmüdafiəçi | 1992-07-22 |
| 99 | Ələsgərov Namiq Əvəz | Azərbaycan | yarımmüdafiəçi | 1995-02-03 |
| 20 | Almeyda Riçard | Braziliya | yarımmüdafiəçi | 1989-03-20 |
| 7 | Yusifov Namiq Asif | Azərbaycan | yarımmüdafiəçi | 1986-08-14 |
| 2 | Qarayev Qara Elxan | Azərbaycan | yarımmüdafiəçi | 1992-10-12 |
| 29 | Pupon Raydell Romano | Niderland | hücumçu | 1987-08-28 |
| 9 | Dos Santos Reynaldo | Braziliya | hücumçu | 1989-08-24 |
0
0