“Qarabağ”a qalib gələ bilsək, həlledici görüş Ukraynada olacaq”
07.11.2014 - 17:30
“Qarabağ”a qalib gələ bilsək, həlledici görüş Ukraynada olacaq”

“İlk hissədə çox yaxşı oynamadıq. Taktiki cəhətdən çox yaxşı çıxış edə bilmədik və italyanlar bizə problemlər yaşatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in kapitanı Loik Perren deyib.

 

Avroliqanın qrup mərhələsində “İnter”lə görüşdə (1:1) 90 dəqiqə meydanda olan Perren verdiyi müsahibədə komandasının şanslarını dəyərləndirib.

 

29 yaşlı müdafiəyəmeyilli futbolçunun sözlərinə görə, Fransada “Qarabağ”a qarşı keçirəcəkləri görüşdə mütləq qələbə qazanmalıdılar: “Fasilədən sonra biz bir qədər özümüzə gəldik. İkinci qolu vurmaq üçün əlverişli vəziyyəti qaçırtmağımız rüsvayçılıqdı. Ancaq biz hələ seçmə mərhələdə 4 xalı olan 3 komandadan biriyik. Bəxtimiz gətirib ki, növbəti oyunu “Qarabağ”a qarşı evdə oynayacağıq. Əgər biz qalib gəlsək, onda sonuncu – həlledici görüş Ukraynada olacaq. Bütün komandaların şansları var”.