“Qarabağ”a qarşı iki itki ilə
01.04.2017 - 23:01
Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Qarabağ”la üz-üzə gələcək "Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını tamamlayıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün son məşqinə çıxıb.
Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.
“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar – Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək oyun saat 18:30-da başlanacaq.
0
0