“Qarabağ”da 3-cü rəsmi ayrılıq
11.06.2015 - 08:14
“Qarabağ”da 3-cü rəsmi ayrılıq

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb. Klubdan apasport.az saytına verilən məlumata görə, aparıcı futbolçulardan Leroy Corc da Ağdam komandası ilə vidalaşıb.

 

Müqavilə müddəti başa çatan hollandiyalı yarımmüdafiəçi ilə uzun müddətdi aparılan danışıq uğursuzluqla nəticələnib. 2013-cü ildən Azərbaycanda çıxış edən Corcun tələbi ilə “Qarabağ”ın təklifi heç cür üst-üstə düşməyib və tərəflər yolları ayırmaq qərarına gəliblər.

 

Qeyd edək ki, Leroy Corca qədər yarımmüdafiəçilər Muarem Muarem və Vüqar Nadirov da “Qarabağ”dan ayrılmışdı.