“Qarabağ”da 5 yubiley
05.08.2014 - 14:40
“Qarabağ”da 5 yubiley

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu “Qarabağ”ın 5 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Avstriyanın “Zalsburq” klubu ilə səfərdəki qarşılaşmada bəzi oyunçular yubiley matçına çıxacaq.

 

Komandasının kapitanı Rəşad Sadıqov Çempionlar Liqasında 10-cu dəfə iştirak edə bilər.  Digər 4 futbolçu isə avrokuboklarda yubiley qeyd edəcək. Namiq Yusifov 30-cu, Çumbinyo və Namiq Yusifov 10-cu, Bədavi Hüseynov 5-ci dəfə qitə miqyaslı turnirlərdə çıxış edəcək.