“Qarabağ”da ciddi itkilər
13.04.2015 - 12:28
“Qarabağ”da ciddi itkilər

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Simurq”u qəbul edəcək “Qarabağ”da qarşılaşma öncəsi iki ciddi itki var. Klubdan apasport.az saytına verilən məlumata görə, müdafiəçi Bədavi Hüseynovla, yarımmüdafiəçi Vüqar Nadirov bu gün meydana çıxmayacaqlar.

 

Hüseynovun səhhəti ilə bağlı problem yaranıb. Belə ki, gənc müdafiəçinin hərarəti var. Vüqar Nadirov isə Premyer Liqanın XXIX turunda AZAL-la qarşılaşmanın son dəqiqələrində zədələnmişdi. Hər iki futbolçunun “Simurq”la aprelin 17-də keçiriləcək çempionat oyununa qədər sıraya dönməsi gözlənilir.

 

Qeyd edək ki, “İnter Arena”da baş tutacaq “Qarabağ” – “Simurq” görüşü bu gün saat 18:00-da start götürəcək.