“Qarabağ”da iki itki
29.04.2015 - 08:08
“Qarabağ”da iki itki

Topaz Premyer Liqasının XXXII turunda "Qəbələ"nin qonağı olacaq “Qarabağ” matçın hazırlıqlarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubu ilk məşqini öz bazasında keçib.

 

İlk gündə baş məşqçi Qurban Qurbanov bir məşqlə kifayətlənib. Uzun müddətdi zədədən əziyyət çəkən Çumbinyo və bu yaxınlarda əməliyyat olan Namiq Ələsgərov hələ də kollektivdən ayrıdı.

 

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu mayın 2-də saat 19:00-da keçiriləcək.