“Qarabağ”da yeni futbolçular
09.10.2014 - 14:27
“Qarabağ”da yeni futbolçular

“Qarabağ” Topaz Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə üzündən futbolçulara verilən 3 günlük istirahət başa çatıb.

 

Fərqli millilərə gedən futbolçularla yanaşı Danilo Dias və Cumbinyo zədə səbəbindən hazırlıqdan kənar düşüb. Bu üzdən komandanın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyunun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.

 

Qeyd edək ki, Premyer Liqanın VIII turunda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu oktyabrın 18-i keçiriləcək.