“Qarabağ”ın sabiq hücumçusu Nikolas Gelaşvili ötən gün AVRO-2016-nın qrup mərhələsinin start günündə Gürcüstan milli komandasının heyətində meydana ilk “11-lik”də çıxıb. Apasport.az saytının məlumatına görə, Tiflisdə İrlandiyanı qəbul edən qonşularımızın forvardı meydanda 90 dəqiqə mübarizə aparıb.
Qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Eyden Makqidi 24 və 90+1-ci dəqiqələrdə dubl edib. Gürcülərin yeganə qolunu isə 38-ci dəqiqədə Okriaşvili vurub.
Qeyd edək ki, “Qarabağ” ötən mövsümün sonunda Gelaşvili ilə qarşılıqlı şəkildə müqaviləni pozublar. Ağdam klubunda istənilən kimi çıxış edə bilməyən 29 yaşlı forvard 18 dəfə bu komandanın formasını geyinib və cəmi 5 dəfə rəqib qapıçılarından qol keçirməyi bacarıb.