[b]“Qarabağ”ın “qırxı” çıxır[/b]
04.11.2014 - 12:19
[b]“Qarabağ”ın “qırxı” çıxır[/b]

“Dnepr”lə oyun “Qarabağ” üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin IV turundakı qarşılaşma bu turnirdə 40-cı matç kimi tarixə düşəcək.

 

Çempionlar Liqası, Kuboklar kuboku və İntertoto kuboku yarışlarının hərəsində 4 oyun keçirən ağdamlılar qitənin ikinci dərəcəli klub turnirində 39 matça çıxıb.

 

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşədək “Qarabağ” əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirdə 16 qələbə qazanıb.

 

Hesabında 11 heç-heçə olan Azərbaycan çempionu 12 dəfə meydanı başıaşağı tərk edib. Bu qarşılaşmalarda təmsilçimiz 41 qol vurub, 45-ni buraxıb.

 

“Qarabağ” bu yarışda 1997/98 mövsümündə debüt edib. I təsnifat mərhələsinin 1997-ci il iyulun 23-də baş tutan matçında təmsilçimiz Çexiyanın “Yablonets” klubu ilə görüşüb. UEFA kubokundakı səfər matçı 0:5 hesablı məğlubiyyətlə başa çatıb.

 

Qeyd edək ki, “Dnepr”lə matç “Qarabağ” üçün həm də 2014/15 mövsümündə 10-cu avrokubok görüşü olacaq.