[b]“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərinin hamısı dəqiqləşdi[/b]
28.05.2018 - 13:41
[b]“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqiblərinin hamısı dəqiqləşdi[/b]

Çempionlar Liqasının 2018/19 mövsümünün bütün iştirakçılarının adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bununla da Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərinin hamısı müəyyənləşib.

 

Belə ki, qitənin ən zəif 4 çempionu iyunun 12-dəki püşkatmada 2 cütlüyə bölünəcək. Onlar ayın 26-da yarımfinal, 29-da final matçında təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər

“Santa Koloma” (Andorra)

“Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər

“La Fiorita” (San-Marino)

“Drita” (Kosovo)

 

Bu 4 komanda hələlik Azərbaycan çempionu “Qarabağ” üçün də potensial rəqib sayılır. Çünki onlardan biri – təsnifat mərhələsinə yüksələcək komanda təmsilçimizlə görüşə bilər.

 

Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin öz ölkəsindən birbaşa qrupa yüksəlməsi bir sıra dəyişikliklərə səbəb olub. Buna görə də I təsnifatda 34 deyil, 32 komanda oynayacaq. Danimarka və Belarus çempionları bu raunddan azad edilib.

 

Digər 32 klubdan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq. Həmin 31 komanda artıq səpələnmiş və səpələnməmişlərə də bölünüb.

 

Azərbaycan çempionu “Qarabağ” səpələnmiş 16 klub arasındadı. Səpələnməmişlərdən 15-i də bilinir. Burada 16-cı komanda ilkin mərhələdəki “dördlük”dən biri olacaq. Bu isə o deməkdi ki, artıq hər bir səpələnmiş klubun 19 mümkün rəqibi var. Lakin “Qarabağ” Ermənistan çempionu ilə qarşılaşa bilməz. Ona görə də Azərbaycan çempionu ilkin mərhələnin 4, I təsnifatın 14 komandası ilə qarşılaşmaq imkanına malikdi. Yəni “Qarabağ”ın 18 rəqiblə qarşılaşması mümkündü.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Oyunlar isə iyulun 10-11 və 17-18-də təşkil olunacaq.

 

I təsnifat mərhələsi

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

“Seltik” (Şotlandiya)

APOEL (Kipr)

“Legiya” (Polşa)

“Astana” (Qazaxıstan)

“Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)

“Malmö” (İsveç)

“Srvena Zvezda” (Serbiya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Rusenborq” (Norveç)

HİK (Finlandiya)

TNS (Uels)

“Kukesi” (Albaniya)

 “Zrinski” (Bosniya və Herseqovina)

“Videoton” (Macarıstan)

 

Səpələnməmişlər

“Düdelanj” (Lüksemburq)

“Spartak” (Slovakiya)

“Valletta” (Malta)

“Vikinqur” (Farer adaları)

“Kruzaders” (Şimali İrlandiya)

“Akaçkert” (Ermənistan)

“Sutyeska” (Monteneqro)

“Suduva” (Litva)

“Kork Siti” (İrlandiya)

“Spartak” (Latviya)

“Valyur” (İslandiya)

“Flora” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Şkendiya” (Makedoniya)

“Olimpiya” (Sloveniya)

İlkin mərhələnin qalibi