“Qarabağ”ın futbolçusu Fransa və İtaliya yığmalarına qarşı
11.11.2014 - 11:16
“Qarabağ”ın sol cinah müdafiəçisi olan Ansi Aqolli yığmasından növbəti dəvəti alıb. Apasport.az saytının məlumatına görə, Albaniya millisinin italiyalı baş məşqçisi Canni de Biatsi qarşıdakı yoldaşlıq oyunları üçün 27 futbolçuya dəvət göndərib.
Bunların arasında Aqollidən başqa, 2011/12 mövsümündə AZAL-ın şərəfini qorumuş Ervin Bulku da var.
Qeyd edək ki, Albaniya millisi noyabrın 14-də Renndə Avro-2016-nın meydan sahibi Fransa ilə qarşılaşacaq. Ansi Aqollinin komandası bundan 4 gün sonra Cenoada millimizin seçmə mərhələdəki rəqiblərindən olan İtaliyanın qonağı olacaq.
0
0