“Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünü “Qızıl dubl”la başa vuran Ağdam təmsilçisi hazırlıqlarına iyunun 18-də start verəcək.
Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq Qurban Qurbanovun yetirmələri təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. “Qarabağ” ötən il olduğu kimi bu dəfə də Almaniya ilə Avstriyanın sərhədində yerləşən Kössendə hazırlıq keçəcək.
Azərbaycan çempionunun toplanışının müddəti isə avrokubokların püşkündən asılıdı. İlk matç evdə baş tutsa, ağdamlılar iyunun 8-də Bakıya qayıdacaq.
Mənbə: qarabagh.com