[b]“Qarabağ”ın ilk 4 oyunu diqqətdən kənar qaldı[/b]
09.09.2017 - 10:00
UEFA Azərbaycan çempionu “Qarabağ”ın da çıxış edəcəyi Gənclər Liqasının bəzi oyunlarını canlı yayımlayacaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu ilk 4 turda öz televiziyası ilə nümayiş edəcəyi matçların siyahısını açıqlayıb.
Hər oyun günündə yayım üçün iki matç seçilib. Bir sözlə, turun 16 qarşılaşmasından yalnız 4-ü göstəriləcək.
Lakin “Qarabağ”ın U-19 komandasının görüşləri bu siyahıda yer almayıb.
Qeyd edək ki, C qrupunda mübarizə aparacaq “Qarabağ” “Çelsi”, “Atıetiko” və “Roma” ilə eyni qrupda çıxış edəcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0