“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə oynadı
12.10.2014 - 01:10
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə oynadı

Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqollinin milli komandası Albaniya da meydana çıxıb.

 

Albanların rəqibi Danimarka yığması olub. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar xalları yarı bölüb – 1:1.

 

Avropa çempionatının seçmə oyunlarının ilk matçında səfərdə Portuqaliya (0:1) ilə qarşılaşmada olduğu kimi Aqolli yenə meydana start heyətdə çıxıb. Baş məşqçisi Canni de Biazi “Qarabağ”ın futbolçusuna sona qədər şans verib.

 

Qeyd edək ki, Albaniya 2 oyundan 4 xal toplayıb və hazırda İ qrupuna başçılıq edir. Eyni xala malik olan Danimarka 2-ci sırada qərarlaşır.

0