Ronaldo oynamadı, Aqolli sensasiyaya sevindi
08.09.2014 - 08:27
Ronaldo oynamadı, Aqolli sensasiyaya sevindi

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda iştirak edib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu şərəfini qoruduğu Albaniya millisinin ilk oyununda forma geyib.

 

Aqolli seçmə mərhələnin ilk oyun gününün ən böyük sensasiyasının qeydə alındığı Portuqaliya – Albaniya matçında 90 dəqiqə əvəzolunmadan meydanda olub. “Qarabağ”ın futbolçusunun komandası bu qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, komandasının lideri Kriştianu Ronaldo bu qarşılaşmada Portuqaliya yığmasına kömək etməyib.