“Qarabağ”ın oyununun hakimləri açıqlandı
16.10.2014 - 11:15
“Qarabağ”ın oyununun hakimləri açıqlandı

Topaz Premyer Liqasında VIII turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Qəbələ” arasında turun mərkəzi oyunu FİFA referisi Rəhim Həsənova tapşırılıb. Digər beynəlxalq dərəcəli hakim Əliyar Ağayev isə “Xəzər Lənkəran” – “Bakı” görüşündə fit çalacaq.

 

VIII tur

 

17 oktyabr (cümə)

16:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
“Kapital Bank Arena”, süni örtüklü meydança

19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu

18 oktyabr (şənbə)

15:00. “Araz Naxçıvan” – AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu

18:00. “İnter”- “Simurq”
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
“İnter Arena”

19 oktyabr (bazar)

17:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu