“Qarabağ”ın rəqibi 23 yaşlı futbolçuya “elçi” düşdü
19.11.2014 - 22:55
“Qarabağ”ın rəqibi 23 yaşlı futbolçuya “elçi” düşdü

"Bavariya”nın yarımmüdafiəçisi Xerdan Şaqiri kareyerasını İatliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in maraq dairəsinə düşüb.

 

Milan klubu İsveçrə millisinin oyunçusunu əvvəlcə icarəyə götürmək istəyir. Daha sonra rəqibimiz Şaqirinin bütün transfer hüquqlarını münhenlilərdən almaq niyyətindədi.

 

“İnter”dən başqa Xerdanla digər italiyan nəhəngi “Yuventus” və “Roma” da maraqlanır.

 

Qeyd edək ki, Şaqiri cari mövsümdə Bundesliqa və Çempionlar Liqasında 11 oyunda meydana çıxıb və rəqib qapılarından 2 qol keçirməyi bacarıb.