“Qarabağ”ın rəqibi bu dəfə məğlub oldu
05.10.2014 - 18:00
Fransa çempionatında IX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” də meydana çıxıb.
“Yaşıllar” evdə “Tuluza”nı qəbul edib. Görüşdə rəqibimiz qonaqlara minimal hesabla uduzub.
Qeyd edək ki, “Sent-Etyen” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la 0:0 hesablı bərabərliyə razılışmışdı. Qrupun ikinci matçında Fransa klubu “Dnepr”lə oyunda da yenə xal itirib.
0
0