[b]“Qarabağ”ın rəqibi bu dəfə qələbə qazandı[/b]
18.10.2014 - 21:02
[b]“Qarabağ”ın rəqibi bu dəfə qələbə qazandı[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” Fransa çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Liqa 1-in X turunda “yaşıllar” səfərdə “Loryan”la qarşılaşıb.

 

Son 3 tur turdur qələbəyə həsrət qalan baş məşqçi Kristof Qaltyenin yetirmələri bu dəfə qalib gəlməyi bacarıb – 0:1.

 

Matçda vurulan yeganə qola 87-ci dəqiqədə Fabien Lemoine imza atıb.

 

Qeyd edək ki, “Sent-Etyen” sonuncu dəfə ölkə çempionatın VI turunda 3 xala sevinib. Səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans” klubu ilə üz-üzə gələn rəqibimiz 0:1 hesabı iləqalib gəlmişdi. Daha sonra “Sent-Etyen” “Borda” ilə heç-heçə (1:1) edib, “Marsel”ə uduzub (2:1).