“Qarabağ”ın rəqibi futbolçusunu cərimələdi
06.11.2014 - 00:10
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” yarımmüdafiəçisi Yan M'Vilanı cərimələyib. Apasport.az saytının məlumatına görə, buna fransalı futbolçunun Parisdən gec gəlməsi səbəb olub.
Düzdü, M'Vila bunu təyyarənin gecikməsi ilə izah etsə də, rəqibimizin rəhbərliyi 24 yaşlı oyunçunu bağışlamayıb. Onun nə qədər cərimə olunması isə açıqlanmayıb.
Qeyd edək, M'Vila dizindən zədə alıb. O, artıq bərpa olunaraq fərdi proqram üzrə məşqlərə başlayıb.
0
0