“Qarabağ”ın rəqibi zirvəni əldən verdi
30.10.2015 - 08:51
“Qarabağ”ın rəqibi zirvəni əldən verdi

Belçika çempionatında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Anderlext” səfərdə “Kortriyk”lə qarşılaşıb.

 

Bu turadək liderlik edən Brüssel ortababla qarşılaşmada xal itkisi ilə üzləşib. Matçın əvvəlində erkən qola üzülən Besnik Hasinin yetirmələri İmo Ezekielin 51-ci dəqiqədə fərqlənməsi ilə məğlubiyyətdən qaçıb – 1:1.

 

Bu heç-heçədən sonra hesabında 26 xal olan “Anderlext” zirbəni əldən verib. Paytaxt təmsilçisi “Ostende” və “Gent”dən 1 xal geri qalır.

Qeyd edək ki, brüssellilər növbəti turun noyabrın 1-də keçiriləcək oyununda “Muskron”u qəbul edəcək.