[b]“Qarabağ”ın rəqibindən böyükhesablı qələbə[/b]
14.09.2014 - 00:30
[b]“Qarabağ”ın rəqibindən böyükhesablı qələbə[/b]

Ukrayna çempionatında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Dnepr" səfərdə münasibətlərinə aydınlıq gətirib.

 

Dnepropetrovsk klubu Xarkov "Metallist" ilə qarşılaşıb.

 

Oyun "Dnepr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibinin heyətində Bruno Qama het-trik (14, 43, 63) edib, Yevgeni Seleznyov (89) və Yevgeni Konoplyanka (90+1) hərəyə bir  dəfə fərqlənib.

 

Qeyd edək ki, "Dnepr" 6 turdan sonra 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qarabağ"ın rəqibini lider "Şaxtyor"dan 2 xal ayırır.