“Qarabağ”ın rəqibinin “sükanı arxası”na Moyes keçir?
11.10.2014 - 23:02
“Qarabağ”ın rəqibinin “sükanı arxası”na Moyes keçir?

Avropa Liqasının qrup mərhələsində yeganə təmsilçimiz “Qarabağ”ın rəqibi “İnter” baş məşqçisi Valter Matsarri ilə yollarını ayıra bilər. Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

Belə ki, A seriyasının son oyunlardakı uğursuzluqlar klub prezidenti Erik Tohir və azarkeşləri narahat edib. Ölkə çempionatının növbəti turunda baş tutacaq “Napoli” ilə oyun isə Valter üçün son ola bilər. Əgər Milan təmsilçisi qələbə qazana bilməsə, o zaman təcrübəli çalışdırıcı komandadan qovulacaq.

 

Yerli mətbuat iddia edir ki, “İnter” artıq Matsarriyə əvəzləyəcəyi də tapıb. Əgər o, növbəti turda qələbə qazana bilməyib vəzifəsindən getsə, onun yerinə “Mançester Yunayted”in sabiq baş məşqçisi və hazırda işsiz olan David Moyes gətiriləcək.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində evdə “Qarabağ” üzərində 2:0 hesabı ilə qalib gələn “İnter” A seriyasında “Kalyari”yə 1:4, “Fiorentina”ya isə 0:3 hesabı ilə uduzub.