Avropa Liqasının qrup mərhələsində yeganə təmsilçimiz “Qarabağ”ın rəqibi “İnter” baş məşqçisi Valter Matsarri komandanın “sükanı arxasın”da qalacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Milan klubunun prezidenti Erik Tohir çıxış edib.
İndoneziyalı biznesmen Matsarrini dəstəklədiyini və ona güvəndiyini bildirib: “Mənim İtaliyada səfərim zamanı, bu barədə bir neçə dəfə açıqlama vermişəm ki, Valterə inanıram. O, bizim istədiyimiz çalışdırıcıdır. Matsarrinin müsbət nəticələri aşkardı. Amma görünür ki, mənim sözlərimi yanlış anlanmısız. “Çezena” üzərində qazanılan inamlı qələbəyə (0:1) çox şad oldum. Komanda tam sədaqətlə mübarizə apardı. Ümid edirəm ki, biz həminki ruhda çıxışımızı davam edəcəyik”.
Qeyd edək ki, daha əvvəl Tohirin Matsarrini “İnter”dən qovacağı bildirilirdi. Onun yerinə isə milanlıların və “Qalatasaray”ın sabiq çalışdıcısı Roberto Mançininin gətiriləcəyi iddia olunurdu.