“Mən Valter Matsarri ilə yollarımızın ayrılması haqqında çətin qərar qəbul etdim”. Apapsort.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi “İnter”in prezidenti Erik Tohir deyib.
Dünən Milan klubu Valter Matsarri ilə müqavilənin müddətini ləğv edərək, təcrübəli çalışdırcını göndərib. İtaliya təmsilçisi çox gözləmədən yeni mütəxəssis Roberto Mançini ilə yendən anlaşıb.
İndoneziyalı biznesmen 2004-cü ildən 2008-ci ilə qədər “İnter”in “sükanı arxası”nda olan “Qalatasaray”ın sabiq çalışdırıcısının qayıdışına şad olub: “Bu qərarı klub rəhbərliyi ilə birlikdə verdik. Əlbəttə, bu, çətin oldu. Çünki Matsarri komanda üçün hər şey edirdi və o, klubda yorulmadan işləyirdi. Belə səylər göstərdiyi üçün ona təşəkkür edirəm”.
Erik Tohir rəqibimizin gələcəyi haqda da danışıb: “Bizim hədəfimiz Avropada ən yaxşı klublardan birinə çevrilməkdi. Buna görə də Roberto Mançininin “İnter”ə qayıdışına şad oldum. Onun beynəlxalq təcrübəsi var. Komandamız da Mançininin sayəsində yeni uğurlar qazanacaq”.
Qeyd edək ki, “İnter” Mançini ilə rəsmi müqaviləni bu gün imzalayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı