“Qarabağ”ın taleyi öz əlində
28.11.2014 - 14:10
“Qarabağ”ın taleyi öz əlində

Ağdamın “Qarabağ” klubunun Avropa Liqasındakı taleyinə qrup mərhələsinin son turunda aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, F qrupunun ilk 5 oyununda topladığı 5 xalla 2-ci pillədə qərarlaşan Azərbaycan çempionunun 1/16 finala çıxıb-çıxmayacağı dekabrın 11-də həll olunacaq.

 

Buna İtaliya “İnter”i ilə görüş aydınlıq gətirəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş qrup ikincisinin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək.

 

1-ci yeri təmin edən Milan təmsilçisi ilə dueldə taleyinə aydınlıq gələcək “Qarabağ”ın növbəti mərhələ perspektivinə aydınlıq gətirməsi özündən asılıdır.

 

Belə ki, VI turda “İnter”ə qalib gəlsə, “Qarabağ” digər oyunun nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqə əldə edəcək.

 

Bakıda heç-heçə qeydə alınsa, onda çempionumuz Ukraynada keçiriləcək “Dnepr” – “Sent-Etyen” görüşünün nəticəsini gözləyəcək. Çünki həmin matçda da komandalar hərəyə 1 xal qazansa, “Qarabağ” qrupda ikinci olacaq.

 

Qurban Qurbanovun yetirmələrini qane etməyəcək nəticə isə məğlubiyyətdir. Bakıda alınacaq ardıcıl ikinci yenilgi qrupda qalmaqla nəticələnəcək.