Topaz Premyer Liqasının XXXIV turunun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionun taleyinin həll oluna biləcəyi iki qarşılaşmadan birinə iki FİFA referisi təyinat alıb.
Belə ki, “Qarabağ” – “Sumqayıt” oyununda Rəhim Həsənov baş hakim, Orxan Məmmədov isə 4-cü referi funksiyasını yerinə yetirəcək. Az əhəmiyyət kəsb etməyən “Qəbələ” – “İnter” qarşılaşması isə sabiq FİFA hakimi Fariz Yusifova tapşırılıb.
Qeyd edək ki, beynəlxalq statusu olan digər ədalət təmsilçisi Əliyar Ağayev I divizionun “Zirə” – “Neftçala” oyununu idarə edəcək.
XXXIV tur
15 may (cümə)
17:00. “Simurq” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu
16 may (cümə)
18:00. “Xəzər Lənkəran” – AZAL
Hakiimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov
“Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. “Qəbələ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov
“Bakcell Arena”