“Simurq” – “Qəbələ” (0:0) matçının ardından 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” martın 3-dən etibarən növbəti - XXV tur çərçivəsində keçiriləcək “Neftçi” ilə qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan qvineyalı Umar Kalaban, braziliyalılar - Dieqo Koşta, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev, Anar Nəzirov (hər üçü əsas yığma), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi U-21) qatılmayıb.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” qarşılaşması martın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq. Saat 13:00-da start götürəcək matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayınlanacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”