Topaz Premyer Liqasının son 6 oyununu itkisiz başa vuran “Qəbələ” bu seriyanı “Neftçi” ilə görüşdə də davam etdirmək istəyir. Klubdan apasport.az saytına verilən məlumata görə, iki günlük istirahəti başa vuran “qırmızı-qaralar” artıq məşqləri bərpa edib.
Komanda dünəndən etibarən “Neftçi” ilə görüşün hazırlığına başlayıb. Heyətlə bağlı ciddi problemin olmaması baş məşqçi Roman Qriqorçuku sevindirməyə bilməz. Yalnız Dodo hazırda Türkiyədə müalicəsini davam etdirir. Braziliyalının son durumuna yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Qəbələ” çempionatın XXX turu çərçivəsində aprelin 17-də “Neftçi”nin qonağı olacaq.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb