“Qəbələ” evdə başladı
29.04.2015 - 08:02
“Qəbələ” evdə başladı

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Xəzər Lənkəran”la aprelin 25-də keçirilən səfər (1:0) oyununun ertəsi günü Bakıda məşq edib, Qəbələyə qayıdan “qırmızı-qaralar” artıq doğma meydanda çalışmalarını bərpa edib.

 

Bir gün istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunda da komandasına kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri görüşədək məşqlərini Qəbələ şəhər stadionunda keçəcək.
 

Qeyd edək ki, mayın 2-də keçiriləcək “Qəbələ” - “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.