“Qəbələ” Marat İzmaylovla danışıqlara başladı
30.01.2014 - 13:55
“Qəbələ” Marat İzmaylovla danışıqlara başladı
"Qəbələ" klubu Rusiya millisinin üzvü Marat İzmaylovu transfer edir. Apasport.az xəbər verir ki, əyalət təmsilçisinin rəsmi saytında yer alan açıqlamada hazırda Portuqaliyanın “Portu” klubunda çıxış edən yarımmüdafiəçini icarəyə götürmək istədikləri bildirilir.

Artıq klubu və futbolçu ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" çıxış edib, 2013-cü ildə "Portu"ya keçib.