[b]“Qəbələ” penaltilərlə uduzdu[/b]
02.04.2018 - 01:56
[b]“Qəbələ” penaltilərlə uduzdu[/b]

“Qəbələ”nin U-13 komandası İtaliyada keçirilən Qallini dünya kubokunda yarımfinal oyununu keçirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” İngiltərənin “Uimbldon” komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb.

 

Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıb.

 

“Qəbələ” aprelin 2-də keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə “Uimbldon” və İtaliya “Udineze”si mübarizə aparacaq.