“Qəbələ” qalib gəldi, komanda istirahətə göndərildi
07.09.2014 - 18:06
“Qəbələ” qalib gəldi, komanda istirahətə göndərildi

Premyer Liqanın 5-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.

 

Əsas komandaya qələbə qazandıran qolları braziliyalı futbolçular - Luis Paulo Hilario (2) və Markinyos vurub.

 

Bu oyundan sonra bir günlük istirahət verilən komanda hazırlıqlarını sabah davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlər də iştirak edəcək

 

Xatırladaq ki, sentyabrın 13-də “Qəbələ”nin əsas komandası Zaqatalada “Simurq”la qarşılaşacaq. Bundan bir gün əvvəl isə klubların əvəzedici heyətləri görüşəcək.