“Qəbələ” rəsmisi: Petevin meneceri Bakıdadır
11.06.2014 - 09:27
“Qəbələ” rəsmisi: Petevin meneceri Bakıdadır

“İvaylo Petevin danışıldığı vaxtda Azərbaycana gəlməməsi bizim üçün də gözlənilməz oldu”. Bunu apasport.az saytına “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.

Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin danışıqlar apardığı və ortaq məxrəcə gəldiyi İvaylo Petev Kiprin AEL klubundakı işini davam etdirə bilər. Limassol klubunun rəhbərliyi ona 2016-cı ilin mayına kimi nəzərdə tutulan yeni müqavilə təklif edib.

“Qəbələ” rəsmisinin sözlərinə görə, onlar da AEL-in rəsmi saytında yer alan xəbərə təəccüblənib: “Biz də sizin kimi bu gözlənilməz xəbərlə tanış olmuşuq. Petev bu gün ölkəmizdə olsa da, gəlib çıxmadı. Ancaq onun meneceri hazırda ölkəmizdədir. Petev hələ ki telefon zənglərimizə cavab vermir”.
 

0