“Qəbələ”nin 15-ci səfəri
14.03.2014 - 14:37
“Qəbələ”nin 15-ci səfəri

Topaz Premyer Liqasının XXVI turunu səfərdə keçirəcək “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, martın 16-da paytaxtda keçiriləcək görüş rəqiblər arasında 29-cu duel olacaq.

 

“Qırmızı-qaralar” 9 illik tarixində heç bir rəqiblə bu qədər qarşılaşmayıb. Bu görüşədək həm “Bakı”, həm də “Qarabağ” 28 dəfə “Qəbələ”nin önünə çıxıb.

 

Son 3 matçda bakılıları məğlub edən Qəbələ təmsilçisi ümumilikdə 6 dəfə paytaxtın eyniadlı təmsilçisini məğlub edib. Daha 7 dəfə isə rəqiblər bərabərliklə ayrılıb. “Bakı”nın hesabında isə daha çox – 15 qələbə var. Bu qarşılaşmalarda paytaxt futbolçuları 32, “qırmızı-qaralar” isə 20 dəfə rəqib qapısına yol tapıb.

 

6 dəfə kubokda yolları kəsişən “Qəbələ” ilə “Bakı” 22 çempionat matçında münasibətlərini aydınlaşdırıb. Bütün qələbələri çempionata təsadüf edən əyalət təmsilçisi 4 heç-heçə edib və 12 dəfə meydanı xalsız tərk edib. Top fərqində də bakılılar öndədir - 26:18.

 

Son 3 səfər oyununda uduzmayan “Qəbələ” Bakı klubunun meydanında keçirdiyi 14 görüşdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. 15-ci səfər matçında 10-cu qolunu vurmaq iddiasında olan “qırmızı-qaralar” 21 top buraxıb.

 

“Qəbələ”nin “Bakı” ilə duellərində ümumilikdə 52 qol vurulub. Bu oyunların ən yaxşı bombardiri seneqallı Viktor Mendidir. “Qırmızı-qaralar”ın legioneri 5 dəfə rəqib qapısına yol tapıb. Bakılıların heyətində isə 4 qol vuran xorvatiyalı Aleksandar Şoliç öndədir. Braziliyalı Jaba, gürcü Amiran Muciri isə hərəyə 3 qolun sevincini yaşayıb. “Qəbələ”nin 20 qoluna 14 futbolçu imza atıb. Mendidən başqa, daha 2 oyunçu 1 dəfədən artıq fərqlənib. Moldovalı Vitali Balamestnı ilə fransalı Yannik Kamanan 2 dəfə rəqib qapısına yol tapıb. Rəqibin heyətində nigeriyalı Əhməd Ticani, braziliyalı Leandro Qomeş və kosta-rikalı Uinston Parksın da 2 qolu var. 

 

2006/07. Premyer Liqa

29.10.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Aleksandr Qoqoberişvili, 5

 

2006/07. Azərbaycan kuboku

21.11.2006. Gilan (Qəbələ) - Bakı - 0:2

Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2

 

2006/07. Azərbaycan kuboku

02.12.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Leandro Qomeş, 51

 

2006/07. Premyer Liqa

18.04.2007. Gilan (Qəbələ) - Bakı - 0:1

Vüqar Quliyev, 55

 

2007/08. Premyer Liqa

19.08.2007. Qəbələ - Bakı - 2:0

Vitali Balamestnı, 71, Tornike Aptsiauri, 79

 

2007/08. Premyer Liqa

24.02.2008. Bakı - Qəbələ - 3:0

Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86

 

2007/08. Azərbaycan kuboku

06.03.2008. Bakı - Qəbələ - 1:1

Əhməd Ticani, 28 - Samir Zərgərov, 22

 

2007/08. Azərbaycan kuboku

20.03.2008. Qəbələ - Bakı - 1:1, p.4:3

Vitali Balamestnı, 44 - Amiran Muciri, 35

 

2008/09. Premyer Liqa

09.11.2008. Bakı - Qəbələ - 3:0

Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74

 

2008/09. Premyer Liqa

26.04.2009. Qəbələ - Bakı - 0:1

Vilyam Roşa Batista, 74

 

2009/10. Premyer Liqa

31.10.2009. Qəbələ - Bakı - 0:2

Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76

   

2009/10. Premyer Liqa

13.02.2010. Bakı - Qəbələ - 2:0

Kürşat Duymuş, 35; Adriano Padilya Nasimento, 90+2

 

2009/10. Premyer Liqa

28.03.2010. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 21 - Pərvin Paşayev, 78

 

2009/10. Premyer Liqa

01.05.2010. Qəbələ - Bakı - 1:0

Paulinu Lopeş Tavareş, 72

 

2010/11. Premyer Liqa

22.08.2010. Bakı - Qəbələ - 2:1

Fabio Luis Ramim, 29; Jaba, 73-p. - Deon Barton, 6

 

2010/11. Premyer Liqa

23.12.2010. Qəbələ - Bakı - 0:1

Jaba, 50

 

2010/11. Azərbaycan kuboku

03.03.2011. Qəbələ - Bakı - 0:0

 

2010/11. Azərbaycan kuboku

08.03.2011. Bakı - Qəbələ - 1:0

Jaba, 57

 

2011/12. Premyer Liqa

07.08.2011. Qəbələ - Bakı - 0:0

 

2011/12. Premyer Liqa

26.11.2011. Bakı - Qəbələ - 2:1

Deyvidas Çesnauskis, 17; Uinston Parks, 29 - Serj Cehua, 88-p.

 

2011/12. Premyer Liqa

01.04.2012. Bakı - Qəbələ - 2:1

Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 - Yannik Kamanan, 16

 

2011/12. Premyer Liqa

29.04.2012. Qəbələ - Bakı - 4:0

Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2

 

2012/13. Premyer Liqa

04.10.2012. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 59 - Viktor Mendi, 14

 

2012/13. Premyer Liqa

02.12.2012. Qəbələ - Bakı - 0:2

Junior Vilson, 53; Nurlan Novruzov, 83

 

2012/13. Premyer Liqa

13.04.2013. Qəbələ - Bakı - 1:1

Viktor Mendi, 30 - Rauf Əliyev, 90+1-p.

 

2012/13. Premyer Liqa

09.05.2013. Bakı - Qəbələ - 0:1

Lorival Assis, 65 

 

2013/14. Premyer Liqa

03.08.2013. Bakı - Qəbələ - 1:2

Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82

 

2013/14. Premyer Liqa

20.12.2013. Qəbələ – Bakı - 2:0

Daniyel Subotiç, 19; Lorentso Ebesilio, 90+4-p.