“Qəbələ”nin Antalya hazırlığı: əvvəlcə topsuz, sonra toplu
23.01.2016 - 11:14
“Qəbələ”nin Antalya hazırlığı: əvvəlcə topsuz, sonra toplu

2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 13-cü gününü 2 məşqlə yekunlaşdırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan ilk məşq prosesi günün birinci yarısında fitnes zalında baş tutub.

 

Məşqdə komanda əsasən topsuz çalışmalar və müxtəlif fiziki terminlər yerinə yetirib. Günün ikinci yarısında isə “qırmızı-qaralar”ın növbəti məşqi baş tutub. “Qırmızı-qaralar” bu dəfə toplu çalışmalarla hazırlıq keçib.