“Qəbələ”nin heyətində uğurlu mövsüm keçirən Cavid Hüseynov çox güman ki qarşıdakı iki turu buraxacaq. Bunu apasport.az saytına milli komandamızın yarımmüdafiəçisi özü deyib.
Boğazı ağrıdığı üçün Topaz Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la matçı buraxacaq Hüseynov “İnter”lə növbəti turdakı görüşdə də iştirak etməyə bilər. O, tam sağalana qədər özünü riskə atmaq istəmir: “Mənim üçün canımın sağlığı hər şeydən önəmlidi. Söhbət sağlamlıqdan gedirsə, insan gərək özünü düşünsün. Çox güman ki, qarşıdakı bir və ya iki oyunu buraxacam. Amma “Bakı” ilə keçiriləcək mövsümün son görüşündə komandama kömək edə biləcəm”.
Qeyd edək ki, mayın 8-də “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” XXXIV tur çərçivəsində ayın 16-da “İnter”i qəbul edəcək. Aktivində 11 qol olan Cavid Hüseynov isə bu mövsüm “Qəbələ”nin ən məhsuldar oyunçusudu.