Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin hazırlıq prosesi boyunca keçirəcəyi oyunların tarixi və rəqibləri dəqiqləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ilk matçda Sloveniyanın III liqa təmsilçisi “Stoynitsa”nı 1:0 hesabilə məğlub edən “qırmızı-qaralar” adıçəkilən ölkədə daha 3 oyun keçirəcək.
Belə ki, sabah yerli “Koper”lə gücünü yoxlayacaq komanda iyunun 21-də "Botev” (Bolqarıstan) qarşısında gücünü göstərməyə çalışacaq. “Qəbələ” son görüşünə iyunun 26-da isə “Maribor”la (Sloveniya) üz-üzə gələcək.
Qeyd edək ki, “Koper” və “Botev” 2014/2015 mövsümündə ölkələrini Avropa Liqasında, “Maribor” isə Çempionlar Liqasında təmsil edəcək.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt