“Qəbələ”nin rəqibi ilk oyununda qələbə qazandı
29.10.2015 - 00:43
UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə bir qrupda mübarizə aparan PAOK Yunanıstan kubokunda ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi “Pantrakikos”u qəbul edib.
Təmsilçimizin rəqibi kubok uğrundakı ilk matçını qələbə ilə başa vurub. İkinci hissədə vurduğu iki qolla qələbə qazanan PAOK-un heyətində Pelkas və Mak fərqlənib.
0
0