Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su Sloveniyadakı təlim-məşq toplanışını başa çatdırıb. Apasport.az saytı xəbər verir ki, toplanışın sonlarında Rumıniya “Petrolul”u ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayıb.
Əvəzində gürcülər toplanış çərçivəsində 3-cü yoxlama oyunlarını yerli komandaya qarşı keçiriblər. Sloveniya çempionatını 5-ci pillədə başa çatdıran “Zavrç”la görüş “Dinamo”nun qələbəsi ilə nəticələnib – 2:0.
Tiflis klubunun qollarına Georgi Kvilitaya və Georgi Papunaşvili imza atıb.
“Zavrç”la oyunla Sloveniya toplanışını başa çatdıran “Dinamo” bu gün Tilfisə qayıdacaq.
Qeyd edək ki, “Dinamo”nun “Qəbələ” ilə ilk matçı iyulun 2-də Gürcüstanda keçiriləcək.