“Qəbələ”nin sabiq braziliyalısı “Zenit”i arzulayır
16.04.2015 - 08:32
“Qəbələ”nin sabiq braziliyalısı “Zenit”i arzulayır

“Qəbələ”nin keçmiş yarımmüdafiəçisi Leonardo da Silva Rusiya mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib. Apasport.az saytı xəbər verir ki, hazırda “Anji”nin formasını geyinən braziliyalı xavbek oynamaq istədiyi komandanın adını açıqlayıb.

 

23 yaşlı futbolçu ən böyük arzusunun “Zenit”in formasını geyinmək olduğunu deyib: “Zenit”in çıxışını çox bəyənirəm. Bu komandada Halkla birlikdə oynamaq maraqlı olardı. “Zenit” hazırda Braziliyada “Spartak”dan və MOİK-dən də populyar klubdu”.

 

Qeyd edək ki, ötən ilin yayında “Qəbələ”dən “Anji”yə keçən Leonardo da Silva bu mövsüm Rusiya Premyer Liqasında 16 oyun keçirib, 2 qol vurub.