“Qələbə bizi növbəti mərhələyə yaxınlaşdıracaq”
04.11.2015 - 15:18
“Qələbə bizi növbəti mərhələyə yaxınlaşdıracaq”

“Şalke” ilə oyunu səbirsizliklə gözləyirəm. Bu matç çox böyük prinsipiallıq kəsb edir”. Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel deyib.

 

Bundesliqa təmsilçisi sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edəcək. Almaniya mətbuatına fikirlərini açıqlayan Tuhel qələbə qazanmalı olduqlarının vacibliyini bildirib: “Lakin “Şalke”yə qədər bizi Avropa Liqasının oyunu gözləyir. Komandamız öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Bu matçdakı nəticə böyük əhəmiyyət kəsb edir. Bu üzdən də yalnız həmin qarşılaşmanı düşünürük. Növbəti mərhələyə vəsiqə qazanmaq iddiasındayıq.  Bu görüşdəki qələbə bizi məqsədimizə daha da yaxınlaşdıracaq”.