“Qələbə məni və futbolçuları aldatmamalıdı”
13.04.2015 - 19:25
“Qələbə məni və futbolçuları aldatmamalıdı”

“Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

43 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Simurq”la ilk oyunu (1:0) haqda fikirlərini açıqlayıb: “Qələbə məni və futbolçuları aldatmamalıdı. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər”.

 

Mənbə: pfl.az