“Qızıl top”u Messi qazanacaq"
20.10.2015 - 17:19
“Qızıl top”u Messi qazanacaq"

Yaxın keçmişin əfsanəvi futbolçularından olan Xristo Stoiçkov maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan yığmasının sabiq üzvü “Qızıl top” mükafatına namizədlər haqda danışıb.

 

O bildirib ki, bu titulu “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi qazanacaq: “Qızıl top”un qalibi kim olacaq? Messi. Onunla yanaşı, “Barselona”nın digər futbolçuları – Neymar və Luis Suares də fəxri kürsüyə qalxacaqlar. Məndən olsa, Andres İnyestanı da ilk “3-lüy”ə layiq hesab edirəm”.

 

Qeyd edək ki, Messi bu vaxta qədər 4 dəfə “Qızıl top” mükafatını əldə edib. 

0