[b]“Qoca” qapıçıdan yeni müqavilə[/b]
01.04.2017 - 16:41
Macarıstan millisinin sabiq qapıçısı Qabor Kiray yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ötən il 40 yaşında AVRO-2016-nın final mərhələsinə qatılan qolkiper klubu ilə yeni müqavilə imzalayıb.
41 yaşlı “qoca” çıxış etdiyi “Haladaş” klubu ilə anlaşıb. Yeni müqavilə 2 il müddətinə nəzərdə tutulub. Bu isə o deməkdi ki, Qabor 43 yaşınadək klubunun qapısını qoruyacaq.
Qeyd edək ki, “Haladaş”ın yetirməsi olan Kiray 1993-97-ci illərdə şərəfini qoruduğu kluba 2015-ci ildə qayıdıb.
0
0