“Qrupumuzda cırtdan komanda yoxdur”
09.10.2014 - 08:38
“Qrupumuzda cırtdan komanda yoxdur”

Malta millisinin baş məşqçisi Pyetro Qedin AVRO-2016-nın seçmə mərhələsinin H qrupunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis Azərbaycan millisinin də yer aldığı qrupun çətinliyindən danışıb.

 

Qedin İtaliya, Xorvatiya, Bolqarıstan, Norveçin də yer aldığı qrupda zəif komandanın olmadığı qənaətindədir: “Qrupumuzda cırtdan komanda yoxdur. Bu haqda mübahisə etməyin də yeri yoxdur. Biz isə layiqli mübarizə aparmaq, maksimum güc sərf eləmək vəzifənin öhdəsindən gəlməliyik. Oyunlara da fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Futbolçularımdan cəsur olmağı, həmişə mübarizə aparmağı, qorxmamağı istəyirəm. Əgər meydana dizləri əsə-əsə çıxırsansa və mübarizədən yayınırsansa, sənə heç nə görünmür. Cəsur olanda isə daha rahat oynayırsan”.

0